• Bakı 11° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

"Mançester Siti"nin qapıçısı klubdan ayrılacaq

İDMAN

31 Yanvar 2026 | 12:47

Mançester Sitinin qapıçısı klubdan ayrılacaq

İngiltərənin "Nottinqem Forest" və "Mançester Siti" klubları qapıçı Ştefan Orteqanın transferi ilə bağlı tam razılığa gəliblər.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı alman qolkiper "Nottinqem Forest" klubu ilə 2025/2026 mövsümünün sonunadək nəzərdə tutulan müqavilə imzalayacaq.

Futbolçunun yanvarın 31-də tibbi müayinədən keçməsi planlaşdırılır.

Ştefan Orteqa 2022-ci ilin yayından etibarən "şəhərlilər"in formasını geyinir. Bu müddət ərzində qapıçı bütün turnirlər daxil olmaqla 56 oyunda iştirak edib və 25 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.


SON XƏBƏRLƏR

30 Yanvar 2026