• Bakı 10° C

    9.96 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Toy karvanındakı qəzada 3 nəfər öldü - Foto

HADİSƏ

31 Yanvar 2026 | 09:15

Toy karvanındakı qəzada 3 nəfər öldü - Foto

Gürcüstanın Marneuli rayonundakı toy karvanında ağır qəza baş verib.

Bakıvaxtı.az yerli mediaya istinadən xəbər verir ki, hadisə yanvarın 28-də Baydar kəndi yaxınlığında qeydə alınıb.

Bildirilib ki, dəhşətli qəza toy karvanında avtomobillərin bir-biri ilə yarışması zamanı baş verib.

Belə ki, avtomobilin aşması nəticəsində Üfiq Bədəlov və Ümid Adıgözəlov qəza yerində həlak olub.

Qəzada xəsarət alan şəxslərdən 24 yaşlı Sənan Şərifov Tbilisidəki xəstəxanalardan birində həyatını itirib.

 


SON XƏBƏRLƏR

30 Yanvar 2026