• Bakı 11° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Transplantasiya əməliyyatları icbari tibbi sığorta hesabına icra olunur

CƏMİYYƏT

31 Yanvar 2026 | 11:29

Transplantasiya əməliyyatları icbari tibbi sığorta hesabına icra olunur

Transplantasiya əməliyyatlarının icbari tibbi sığorta sistemi tərəfindən qarşılanması bu sahədə mühüm dönüş nöqtəsi olub. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Nadir Zeynalov Səhiyyə Nazirliyi və Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, 2023-cü ildən etibarən transplantasiya əməliyyatları sığorta hesabına icra edilir ki, bu da pasiyentlər üçün maliyyə əlçatanlığını əhəmiyyətli dərəcədə artırıb. Onun sözlərinə görə, əvvəl maddi səbəblərdən mümkün olmayan bir sıra əməliyyatlar artıq real şəkildə həyata keçirilir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

30 Yanvar 2026