• Bakı 12° C

    9.32 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Müdafiə nazirinə yeni müavin təyin olundu

DÜNYA

31 Oktyabr 2025 | 17:53

Müdafiə nazirinə yeni müavin təyin olundu

Rusiya müdafiə naziri Andrey Belausova yeni müavin təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya Federasiyasının sənaye və ticarət nazirinin keçmiş birinci müavini Vasili Osmakov Rusiya Federasiyasının müdafiə nazirinin yeni müavini vəzifəsinə gətirilib.

Beləliklə, Rusiya MN başçısının müavinlərinin sayı 11-ə çatıb.

Osmakov 2005-ci ildə Moskva Dövlət Universitetinin Asiya və Afrika Araşdırmaları İnstitutunun şərqşünaslıq, afrikaşünaslıq və ərəb dili tərcüməsi ixtisasını bitirib. 2008-ci ildə Dövlət İdarəetmə Universitetində aspirantura təhsilini başa vurub. 2004-cü ildən 2008-ci ilə qədər Rusiya Federasiyası Sənaye və Energetika Nazirliyində çalışıb. 2008-ci ildən 2012-ci ilə qədər Rusiya Federasiyasının Sənaye və Ticarət nazirinib köməkçisi və məsləhətçisi olub. 2016-cı ildən 2021-ci ilə qədər Rusiya Federasiyasının Sənaye və Ticarət nazirinin müavini vəzifəsində çalışıb. 2021-ci ildən 2025-ci ilə qədər Sənaye və Ticarət Nazirinin birinci müavini olub.


SON XƏBƏRLƏR

31 Oktyabr 2025