Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında kommunikasiyaların açılması üzrə Komissiyanın yeni tərkibi təsdiq edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan qərar imzalayıb.
Qərara əsasən, komissiyanın tərkibinə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın həyat yoldaşı Qohar Abajyan da daxildir.
Abajyan bu yaxınlarda İnvestisiya Dəstək Mərkəzi Fondunun direktoru təyin edilib.
Eyni qərarla, ötən il vəzifəsindən ayrılan Ali Məhkəmə Şurasının keçmiş sədri Karen Andreasyan da komissiyaya təyin edilib. O, hazırda Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi vəzifəsində çalışır.
Komissiyaya Baş nazirin müavini Mher Qriqoryan sədrlik edir.
 Bakı
 Bakı 


