• Bakı 16° C

    7.98 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

"Biz" dedikdə, Azərbaycanı da nəzərdə tuturam" - Simonyan

DÜNYA

31 Oktyabr 2025 | 14:39

Biz dedikdə, Azərbaycanı da nəzərdə tuturam - Simonyan

“Azərbaycanla əlaqələr inkişaf edəcək və dərinləşəcək”.

Bakıvaxtı.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək sammitində iştirakdan imtina etməsinə münasibət bildirərkən söyləyib.

Simonyanın sözlərinə görə, Azərbaycanın nümayəndə heyətləri İrəvana gəlməyə, Ermənistan nümayəndələri isə Bakıya səfər etməyə davam edəcəklər. O, ictimaiyyəti və mətbuatı qarşılıqlı fəaliyyətin bu formatına hazır olmağa çağırıb.

“Əlbəttə, müzakirə edilməli məsələlər var. Buna baxmayaraq, əlaqələr davam edir və biz onları dərinləşdirmək niyyətindəyik. Mən “biz” dedikdə, Azərbaycan tərəfini də nəzərdə tuturam. Son əlaqələrdən başa düşdüm ki, biz eyni dalğadayıq”, - Simonyan bildirib.


SON XƏBƏRLƏR