Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmçinin BMT Təhlükəsizlik Şurasını hətta ən ciddi humanitar böhranlar və ən konkret insan haqları pozuntuları ilə bağlı qərarları gecikdirməkdə də ittiham edib.
Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, o, bu barədə İstanbulda keçirilən TRT World Forumunda çıxışı zamanı deyib.
Prezident bildirib ki, İsrail günahsız deyil, əksinə zalımdır:
"İki il ərzində İsrail hökuməti bütün dünyanın gözü qarşısında 20 mindən çoxu uşaq olmaqla, 70 min qəzzalı qətlə yetirdi. İsrailin hücumları nəticəsində 170 mindən çox fələstinli qardaş və bacımız yaralandı. Qəzzada demək olar ki, bircə binaya toxunulmamışdır. Məktəblər, kilsələr və bəzi İsraillilər hədəfə alındı. Necə günahsız ola bilər ki, İsrailin nüvə silahı var, İsrail necə istəsə, onu vura bilir".
Ərdoğan BMT Təhlükəsizlik Şurasını ən ciddi humanitar böhranlar və insan hüquqları pozuntuları ilə bağlı qərarları gecikdirməkdə ittiham edib. O, qeyd edib ki, bu sistemin yeni ideyalara və yenidən quruluşa ehtiyacı var.
Gülşən Şərif
 Bakı
 Bakı 


