Paris Apelyasiya Məhkəməsi Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin həbsdən azad edilmək tələbinə baxacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.
"Paris Apelyasiya Məhkəməsi Nikolya Sarkozinin azad edilmək tələbinə 10 noyabrda baxacaq", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, polis mümkün təhdidlər səbəbindən həbsxanada Sarkozinin mühafizəsini gücləndirib.
 Bakı
 Bakı 


