Ukrayna müdafiəçiləri Rusiyanın Pantsir hava hücumundan müdafiə sistemlərini fəal şəkildə məhv edirlər. Artıq əhəmiyyətli uğurlar əldə edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi Vasili Malyuk Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi brifinqdə bildirib.
Malyuk Rusiyanın çox güclü hava hücumundan müdafiə sistemlərinə malik olduğunu vurğulayıb.
"2025-ci ilin əvvəlindən bu günə qədər düşmənin Pantsir sistemlərinin 48%-ni məhv etmişik", - deyə o əlavə edib.
Bakı 


