• Bakı 17° C

    12.23 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Rusiya Aİ-nin yeni sanksiyalarına cavab verdi

DÜNYA

01 Noyabr 2025 | 10:56

Rusiya Aİ-nin yeni sanksiyalarına cavab verdi

Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) 19-cu sanksiya paketinə cavab olaraq bir sıra Avropa nümayəndələrinə ölkəyə giriş qadağası tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, nazirliyin məlumatına görə, bu qərar Aİ-nin Rusiyaya qarşı “qeyri-qanuni və düşmənçilik mövqeyi”nə cavab kimi qəbul edilib.

Qadağa siyahısına Aİ institutlarının, üzv ölkələrin və bəzi Qərb dövlətlərinin nümayəndələri, həmçinin hüquq-mühafizə və kommersiya qurumlarının əməkdaşları daxil edilib.

Rusiya tərəfi siyahıya daxil edilən şəxslərin sayını açıqlamayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

31 Oktyabr 2025