"Microsoft"un qurucularından Bill Qeyts qlobal istiləşmə ilə bağlı mövqeyini dəyişib.
Bakıvaxtı.az bu barədə "Habrer global"a istinadla xəbər verir.
O bildirib ki, iqlim dəyişikliyi ciddi problem olsa da, insanlığın məhvinə səbəb olmayacaq.
Qeyts hesab edir ki, diqqət yalnız karbon emissiyalarının azaldılmasına deyil, həm də kənd təsərrüfatı, səhiyyə və enerji sahələrinə yönəlməlidir.
Alimlər onun bu yanaşmasını həddindən artıq optimist adlandırıblar.
Qeytsin açıqlamaları COP30 sammiti ərəfəsində diqqət çəkib.
Əli Hüseynov
Bakı 


