Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 275,410 milyon manat sığorta haqqı toplanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,6 % çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 105,421 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 6,5 % çoxdur.
Beləliklə, 9 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 38,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 38,3 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 157,254 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 23,5 % çoxdur.
9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 59,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,1 manat olub.
Bakı 


