• Bakı 17° C

    12.79 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Allahşükür Paşazadə Roma Papası ilə GÖRÜŞDÜ

CƏMİYYƏT

01 Noyabr 2025 | 13:39

Allahşükür Paşazadə Roma Papası ilə GÖRÜŞDÜ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Vatikana səfəri çərçivəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüş Müqəddəs Pyotr Meydanında keçirilən ümumi audiensiyadan sonra baş tutub.

Şeyxülislam Allahşükür Paşazadə Roma Papasına Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb, Heydər Əliyev Fondunun son illər ərzində Vatikandakı fəaliyyətinin əhəmiyyətini vurğulayıb, ölkədə ikinci Katolik Kilsəsinin inşası barədə məlumat verib.

QMİ sədri bildirib ki, Papa XIV Leonu Azərbaycanda görmək böyük şərəf olar. Roma Papasının ölkəyə səfər edəcəyi təqdirdə Azərbaycandakı dinlərarası harmoniyanı, dövlət-din münasibətlərinin yüksək səviyyəsini və multikulturalizm mühitini əyani şəkildə görə biləcəyi qeyd olunub.

Papa Leo isə Azərbaycana səfər etməyə rəğbətlə baxdığını, iş qrafikinə görə bunu tənzimləyəcəyini deyib.


SON XƏBƏRLƏR

31 Oktyabr 2025