• Bakı 16° C

    11.04 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Kirayədə yaşayırmış, borcları varmış - Məşhur futbolçunun dayısı oğlunun ölümünün TƏFƏRRÜATI

HADİSƏ

01 Noyabr 2025 | 14:26

Kirayədə yaşayırmış, borcları varmış - Məşhur futbolçunun dayısı oğlunun ölümünün TƏFƏRRÜATI

Məşhur futbolçu Mahir Əmrəlinin dayısı oğlu, 37 yaşlı Sabit Ağayevin ölümünün təfərrüatları məlum olub.

Bakıvaxtı.az bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, hadisə zamanı evdə tək olub.

“Sabit bir müddət əvvəl valideynləri ilə yoldaşı arasında yaranan mübahisələr səbəbilə kirayə ev tutaraq öz ailəsi ilə ayrı yaşamağa başlayıb. Mərhum dünən axşam saatlarında Tala kəndinə gələrək intihar edib. Hadisə zamanı yoldaşı evdə olmayıb. Bir azyaşlı körpəsi var. Sabitgil ailədə 2 uşaqdırlar. Bir bacısı var. Nənəsi vaxtı ilə Tala kənd məktəbində ibtidai sinif müəllimi işləyib”, - mərhumun yaxınları bildirib.  pizza

Başqa bir iddiaya görə, mərhumun borcları çox imiş və ödəyə bilmirmiş. Ona görə də özünə qəsd edib.

Xatırladaq ki, Zaqatala rayonunun Aşağı Tala kənd sakini, 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı ünvanda yarımçıq tikilidən asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkarlanıb. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

O, futbolçu Mahir Əmrəlinin dayısı oğludur.


SON XƏBƏRLƏR

31 Oktyabr 2025