• Bakı C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsinə başlanacağı tarix məlum olub

CƏMİYYƏT

01 Noyabr 2025 | 14:52

Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsinə başlanacağı tarix məlum olub

Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsinə başlanacağı tarix məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov APA-ya açıqlamasında deyib ki, noyabrın 4-də komitədə 2026-ci il büdcə zərfi müzakirə ediləcək.

Azər Əmiraslanov bildirib ki, noyabrın 6-da komitədə büdcə paketinə daxil olan digər sənədlər müzakirəyə çıxarılacaq: “Söhbət əsasən Vergi Məcəlləsinə dəyişikliklərdən gedir. Digər komitələrdə də noyabrın 4, 5 və 6-da büdcə müzakirə olunacaq. Bayramdan sonra 2 gün ərzində ümumiləşmiş iclaslar keçirib komitələrdə büdcə müzakirələrini yekunlaşdıracağıq. Daha sonra parlamentin plenar iclasında büdcə zərfi müzakirəyə çıxarılacaq”.


SON XƏBƏRLƏR