Meymunçiçəyi virusunun bütün alt növləri dövriyyədə qalmaqda davam edir.
Bakıvaxtı.az publika.aza istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.
Xəbərdarlıq edilib ki, epidemiya qısa müddətdə nəzarət altına alınmazsa, virusun yayılması davam edə bilər.
Hazırda “clade 1b” variantı Afrikadan kənara yayılıb. İtaliya, Malayziya, Hollandiya, Portuqaliya, İspaniya və ABŞ-də son zamanlar səyahət etməmiş şəxslərdə “Mpox” virusunun “clade 1b” variantına yoluxma halları təsdiqlənib.
2025-ci ilin sentyabr ayına olan statistikaya əsasən, 42 ölkədə ümumilikdə 3 135 yoluxma və 12 ölüm halı qeydə alınıb. Yoluxmaların 80 faizindən çoxu Afrika bölgəsində aşkarlanıb. Son 6 həftə ərzində virusun aktiv olduğu 17 Afrika ölkəsində 2 862 yoluxma və 17 ölüm faktı təsdiqlənib.
Bakı 


