• Bakı 30° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

BŞİH Xəzər rayonunda müşavirə keçirib

CƏMİYYƏT

03 Sentyabr 2025 | 11:12

BŞİH Xəzər rayonunda müşavirə keçirib

Azərbaycan Prezidenti İlham Əliyevin kommunal sahədə islahatların genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir.

BŞİH-in Mətbaut xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, layihəyə bu ilin iyun ayından artıq 10-cu rayon – Xəzər rayonu da qoşulub.

Bununla əlaqədar Xəzər Rayon İcra Hakimiyyətində müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini Ayaz Hüseynov, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, Baki şəhər və Xəzər rayonunun kommunal sahələrinin rəhbərləri və ərazi üzrə nümayəndələrinin iştirak etdiyi müşavirədə layihənin gedişatı müzakirə edilib, müşahidə olunan müsbət dinamika vurğulanıb.

Çıxış edənlər qeyd edib ki, layihə Prezident İlham Əliyevin tapşırıqları əsasında bütün paytaxt ərazisində uğurla tətbiq olunur. Bakı şəhərinin kommunal strukturlarının maddi-texniki bazası gücləndirilir və bu da öz növbəsində layihəni uğurla tətbiq etmək üçün imkan yaradır.

Müşavirədə həmçinin bəzi qəsəbə üzrə nümayəndələrinə işlərin daha da gücləndirilməsi tapşırığı verilib.


SON XƏBƏRLƏR

02 Sentyabr 2025