Pobeda zirvəsində ilişib qalan rusiyalı alpinist Nataliya Naqovitsinanın xilas edilməsi əməliyyatı dayandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan Alpinizm Federasiyasının rəhbəri Eduard Kubatov məlumat yayıb.
Federasiya rəhbəri bildirib ki,alpinistin çadırının yeni dron görüntüləri heç bir həyat əlaməti aşkar etməyib.
Onun sözlərinə görə, pilotsuz təyyarə ilə aparılan yoxlamanın bütün video materialları şəxsən Nataliyanın oğluna ötürüləcək.
"Qırğızıstan tərəfi alpinistin xilas edilməsini təşkil etmək üçün əlindən gələni etdi, lakin ekstremal hündürlük, sərt hava şəraiti, vertolyotun sərt enişi və xilasedicilərin fiziki vəziyyəti gözlənilən nəticələrin əldə edilməsinə imkan vermədi. Mən Qırğızıstan hökumətinə və Müdafiə Nazirliyinə, hərbi pilotlara, xilasedicilərə, alpinistlərə, xilasetmə işlərinin təşkilində əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm", Kubatov qeyd edib.