2022-ci ildə Rusiya ilə müharibənin başlamasından bəri 7000-dən çox ukraynalı əsir azad olunaraq vətəninə qaytarılıb.
Yeniera.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Yulia Siviridenko özünün “X” hesabında yazıb.
“Bu gün 185 ukraynalı Rusiya əsirliyindən qayıdır. Onların arasında Sərhəd Mühafizə Xidməti, Milli Qvardiya və Silahlı Qüvvələrin əsgərləri var. Onlar nəhayət, evdədirlər və onlara hər cür diqqət göstəriləcək. Biz bütün əsirlərimizin azadlığını təmin edib vətənə qaytarmayana qədər dayanmayacağıq”, - Ukraynanın Baş naziri vurğulayıb.