• Bakı 31° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

ASAN könüllüsü olmaq istəyən gənclər üçün qeydiyyat davam edir

CƏMİYYƏT

03 Sentyabr 2025 | 11:39

ASAN könüllüsü olmaq istəyən gənclər üçün qeydiyyat davam edir

15–26 yaş arası gənclər artıq ASAN könüllüsü olmaq üçün linkə klik edib, təhsil səviyyəsindən asılı olmayaraq sürətli və təhlükəsiz qeydiyyatdan keçə bilərlər.

Bakıvaxtı.az bu barədə qurumdan məlumat əldə edib.

ASAN könüllüləri fəaliyyət müddətində “ASAN xidmət” mərkəzlərinin işini daha operativ təşkil etməyə, vətəndaş axınını idarə etməyə və vətəndaş məmnuniyyətini təmin etməyə dəstək olurlar. Eyni zamanda, könüllülük gənclərə biliklərini real iş mühitində tətbiq etmək və müxtəlif sahələrdə təcrübə toplamaq imkanı verir. Fəaliyyətini uğurla başa vuran hər bir gənc xüsusi sertifikatla təltif olunur ki, bu da onların karyera həyatına uğurlu keçid üçün əlavə üstünlük yaradır.

“ASAN xidmət”in fəaliyyətə başladığı dövrdən indiyə qədər 43.000-ə yaxın gənc könüllü olaraq bu prosesdə iştirak edib. Könüllülər tərəfindən 8.000-dən çox təlim, 900-dən çox yerli və beynəlxalq layihə həyata keçirilib, 3.500-dən çox gənc isə “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

Qeydiyyat üçün videoçarxa baxmaq:video


SON XƏBƏRLƏR

02 Sentyabr 2025