• Bakı 30° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Dünən Ukrayna cəbhəsində 166 döyüş əməliyyatı baş verib

CƏMİYYƏT

03 Sentyabr 2025 | 10:15

Dünən Ukrayna cəbhəsində 166 döyüş əməliyyatı baş verib

Son 24 saat ərzində Ukrayna cəbhəsində 166 döyüş əməliyyatı baş verib.

Bakıvaxtı.az bu barədə "Ukrinform"a istinadla xəbər verir.

Belə ki, məlumata görə, ən şiddətli toqquşmalar Pokrovsk və Novopavlivka sektorlarında qeydə alınıb.

Bildirilib ki, Ukrayna Müdafiə Qüvvələri ümumilikdə onlarla yaşayış məntəqəsi istiqamətində Rusiya hücumlarını dəf edib.

Məlumata görə, Rusiya ordusu 81 hava hücumu həyata keçirib, minlərlə artilleriya zərbəsi və pilotsuz aparatlarla Ukrayna mövqelərini hədəfə alıb.

Ukrayna aviasiyası və artilleriyası isə düşmənin şəxsi heyətinə, texnikasına və sursat anbarlarına zərbələr endirib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

02 Sentyabr 2025