• Bakı 31° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Çin Qazaxıstanla ikitərəfli münasibətləri yeni zirvələrə çatdırmağa hazırdır 

SİYASƏT

03 Sentyabr 2025 | 11:58

Çin Qazaxıstanla ikitərəfli münasibətləri yeni zirvələrə çatdırmağa hazırdır 

"Çin-Qazaxıstan hərtərəfli strateji tərəfdaşlığı çərçivəsində dünya sülhünə və inkişafına daha çox sabitlik gətirmək üçün birgə işləməyə hazırıq".

 Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Çin-Qazaxıstan İşgüzar Şurasının 8-ci iclasının açılış mərasimində çıxış edən Çin Baş nazirinin müavini Dinq Syueksyan deyib. 

Onun sözlərinə görə, Çin və Qazaxıstan yeni əməkdaşlıq modellərini fəal şəkildə tədqiq etməli və iki ölkə üçün daha dinamik ortaq tale icması yaratmalıdır:

"İşgüzar dairələr Çin və Qazaxıstan arasında praktiki əməkdaşlığın təşviqində mühüm hərəkətverici qüvvədir. Hər iki tərəfin müəssisələri ikitərəfli əməkdaşlığa daha çox töhfə vermək üçün komitənin imkanlarından fəal istifadə etməlidir".

Görüşdə çıxış edən Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev öz növbəsində "Kəmər və Yol" təşəbbüsü çərçivəsində əməkdaşlığa dəstəyini ifadə edib və ölkəsinin Çin ilə nəqliyyat, logistika, enerji, istehsal və rəqəmsal iqtisadiyyat kimi sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib.

Gülşən Şərif
 


SON XƏBƏRLƏR

02 Sentyabr 2025