• Bakı C

    10.78 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Qazaxıstanda yeni formalaşacaq parlament "Kurultay" adlandırıla bilər

DÜNYA

20 Yanvar 2026 | 12:54

Qazaxıstanda yeni formalaşacaq parlament Kurultay adlandırıla bilər

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni parlamentin "Kurultay" adlandırılmasını təklif edib.

Bakıvaxtı.az "Xabar" informasiya agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Qızılordada Milli Kurultayın iclasında bildirib.

K.Tokayev vurğulayıb ki, deputatların sayının artırılmasına ehtiyac yoxdur, parlamentdə əsl vətənpərvərlər və yüksək ixtisaslı mütəxəssislər işləməlidir.

"Nəticə etibarilə mandatların ümumi sayının 145 olması barədə fikir səsləndirilib. Sədr müavinlərinin sayı üç olmalı, komitələrin sayı isə səkkizi ötməməlidr", - o bildirib.

Yeni parlament beş il müddətinə seçiləcək.

K.Tokayev qeyd edib ki, parlamentin yeni strukturu qanunverici orqanın işinin səmərəliliyini təmin edəcək və ölkənin inkişafı ilə bağlı prioritet məsələlərə fokuslanmağa imkan verəcək./Report


SON XƏBƏRLƏR

19 Yanvar 2026