• Bakı C

    10.78 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Ermənistana genişmiqyaslı əməliyyat barədə xəbərdarlıq edildi

DÜNYA

20 Yanvar 2026 | 12:50

Ermənistana genişmiqyaslı əməliyyat barədə xəbərdarlıq edildi

“2026-cı il seçkiləri səbəbindən müxtəlif xarici aktorlar tərəfindən Ermənistana qarşı həyata keçirilən təsir əməliyyatları, çox güman ki, daha əhatəli, mürəkkəb və genişmiqyaslı olacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin “Ermənistanın 2026-cı ildəki xarici riskləri haqqında” illik hesabatında deyilir.

“Yalan, təhrif olunmuş və ya kontekstdən çıxarılmış məlumatlardan istifadə etməklə informasiya-təxribat fəaliyyətlərinin həyata keçirilməsi, zərərli kiberəməliyyatların aparılması, eləcə də “yerli siyasi fəallığın” yaradılması görüntüsü altında yerdəki agentura şəbəkəsinin fəallaşdırılması ehtimalı mövcuddur. Bu çərçivədə gənclər və aktivist qrupları hədəf alan, onların siyasi baxışları və vətənpərvərlik hislərini istismar edən və manipulyasiya edən proqramların təşkili də nəzərdə tutulur”, - hesabatda qeyd olunur./Teleqraf 


SON XƏBƏRLƏR

19 Yanvar 2026