Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, rayonun Suluçeşmə kənd sakini, 1999-cu il təvəllüdlü Cəfərov Əli Zöhrab oğlu motosikletdən yıxılaraq xəsarət alıb.
O, sol baldır nahiyəsinin küt travması və şişkinlik, həmçinin sağ qabırğa nahiyəsinin küt travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.