• Bakı 16° C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 2

    RUB - 2.0518

Ağdamda yanğın - xəsarət alanlar var - YENİLƏNİB

HADİSƏ

02 Oktyabr 2025 | 11:20

Ağdamda yanğın - xəsarət alanlar var - YENİLƏNİB

Ağdam rayonunda baş verən yanğında xəsarət alan nənə və nəvə Bakıda xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Quzanlı qəsəbəsində gecə saatlarında fərdi yaşayış evində baş verən yanğın nəticəsində xəsarət alan 1965-ci il təvəllüdlü İsmayılova Zibeydə Qənimət qızı və 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Müayinə zamanı Z.İsmayılovaya hər iki yuxarı ətrafın, hər iki bazu ilə hər iki əlin 1-ci və 2-ci dərəcəli texniki yanığı, N.İsmayılovaya isə üzün hər iki yuxarı ətrafının 1-ci dərəcəli texniki yanığı diaqnozu qoyulub.

Dərhal ilkin tibbi yardım göstərildikdən sonra onlar Bakı şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasına göndərilib.

***

10:25

Ağdamın Quzanlı qəsəbəsində baş verən yanğın zamanı xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, yanğın qəsəbə sakini İsmayılov Əhəd Natiq oğluna məxsus 3 otaqlı evdə qeydə alınıb.

Yanğın nəticəsində xəsarət alan 1965-ci il təvəllüdlü İsmayılov Zibeydə Qənimət qızı və 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin müayinə zananı hər iki şəxsə 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub.

Evdə baş verən yanğın FHN-in yanğınsöndürmə briqadası tərəfindən söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

01 Oktyabr 2025