• Bakı 17° C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 2

    RUB - 2.0518

Ağdamdakı yanğınla bağlı TƏBİB-dən AÇIQLAMA

HADİSƏ

02 Oktyabr 2025 | 12:03

Ağdamdakı yanğınla bağlı TƏBİB-dən AÇIQLAMA

02.10.2025-ci il tarixində saat 00:20 radələrində Ağdam rayonunda baş verən yanğın səbəbilə 2 nəfər (qadın cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 1965-ci il və 2013-cü il təvəllüdlü şəxslərə üzün, əllərin, hər iki yuxarı və aşağı ətrafın I və II dərəcəli termiki yanığı diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslər Nərimanov Tibb Mərkəzinin nəzdindəki Respublika Yanıq Mərkəzinə təxliyə olunub.

Qeyd edək ki, Ağdamın Quzanlı qəsəbəsində gecə saatlarında fərdi yaşayış evində yanğın baş verib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

01 Oktyabr 2025