"Turan Tovuz" klubunun İdarə Heyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktoru vəzifəsində çalışan Əli Balakişiyev vəzifəsindən ayrılıb.
Bakıvaxtı.az Sportinfo.az-a istinadən xəbər verir ki, ayrılığın hansı səbəbdən baş verməsi hələlik bəlli deyil.
Əlavə olaraq bildirilib ki, qısa müddətdə onun yerinə yeni təyinat gerçəkləşəcək.