• Bakı 26° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Trampın 5 milyard dollarlıq yardımı ləğv etməsi: ABŞ diplomatiyasına təsirləri

DÜNYA

02 Sentyabr 2025 | 14:48

Trampın 5 milyard dollarlıq yardımı ləğv etməsi: ABŞ diplomatiyasına təsirləri

ABŞ Prezidenti Donald Trampın 5 milyard dollarlıq xarici yardımı “cib ləğvi” (pocket rescission) mexanizmi ilə dayandırması beynəlxalq münasibətlərdə müzakirələrə səbəb olub. Bu addım həm ABŞ-nin tərəfdaş ölkələrlə münasibətlərinə, həm də Vaşinqtonun diplomatik nüfuzuna təsir göstərə bilər.

Məsələ ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən politoloq Züriyə Qarayeva bildirib ki, bu qərar ABŞ-nin beynəlxalq etibarlılığını sarsıdır və tərəfdaş ölkələrdə inamsızlıq yaradır. Onun sözlərinə görə, xarici yardımlar uzun illər Vaşinqtonun “yumşaq güc” siyasətinin əsas vasitəsi olub. Yardımın dayandırılması ABŞ-ın bir çox regionlarda təsir imkanlarını məhdudlaşdıra bilər.

Müsahibimiz hesab edir ki, belə addımlar ABŞ-nin gələcəkdə diplomatik təsir imkanlarını məhdudlaşdıra bilər:

“Çünki maliyyə yardımı ABŞ-ın siyasi təsir mexanizmlərindən biridir. Yardımların kəsilməsi tərəfdaş ölkələri alternativ güclərlə əməkdaşlığa sövq edə bilər. Bu isə uzunmüddətli perspektivdə ABŞ diplomatiyasının imkanlarını zəiflədir”.

Politoloq deyib ki, “cib ləğvi” mexanizmi Konqresin təsir imkanlarını məhdudlaşdırır. Bu, qanunverici və icra hakimiyyəti arasında gərginlik yarada bilər. ABŞ-də siyasi institutlar arasındakı balansın pozulması isə daxili siyasi mühitə mənfi təsir edir.

Züriyə Qarayeva:  “Cib ləğvi” mexanizmi Konqresin təsir imkanlarını məhdudlaşdırır

Z.Qarayevaya görə, yardımın kəsilməsi həmin bölgələrdə ABŞ-yə olan inamı zəiflədə bilər. Bu isə Çin və Rusiya kimi rəqiblərin nüfuz qazanmasına şərait yaradar. Region ölkələri ABŞ-dən daha çox məsafə saxlayaraq alternativ güclərə yönələ bilərlər.

Həmsöhbətimiz qeyd edib ki, bu addım Trampın seçkiöncəsi strategiyasının tərkib hissəsi kimi də izah oluna bilər. Dediyinə görə, çünki Tramp uzun müddətdir “Amerikanın pulları əvvəlcə amerikalılara xidmət etməlidir” mesajı verir. Xarici yardımların kəsilməsi daxili auditoriyada populist dəstək qazandırır. Bu, seçki kampaniyasında onun siyasi mövqelərini möhkəmləndirmək məqsədi daşıya bilər.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR