Rusiyanın təcavüzündən bəri 4 il ərzində Ukrayna Avropanın müdafiəsinin ön xəttidir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyasındakı çıxışında deyib.
Frederiksen müdafiə üçün çox şey etdiklərini qeyd etməklə yanaşı, Rusiyanı dayandırmaq üçün silahlanmanı sürətlətləndriməyi, Ukraynaya göstərilən dəstəyi artırmağı vacib sayıb.
“Rusiya ilə sülhə nail olmağın yeganə yolu gücdür. Biz Ukraynanı gücləndirməli və sanksiyalarla Rusiyanı zəiflətməliyik”, - o bildirib.