• Bakı 25° C

    10.83 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Gürcüstanda 25 ton yanacaq oğurlanıb

DÜNYA

02 Oktyabr 2025 | 13:26

Gürcüstanda 25 ton yanacaq oğurlanıb

Sameqrelo-Yuxarı Svaneti Polis Departamentinin Poti şəhər idarəsinin əməkdaşları böyük miqdarda oğurluq ittihamı ilə üç nəfəri saxlayıblar.

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, onların əvvəllər dəfələrlə müxtəlif cinayətlərə görə məhkumluqları olub.

İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər müxtəlif vaxtlarda Poti şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində çalışıblar və qrup halında, qanunsuz mənimsəmə məqsədilə gizli yolla 47 496 lari dəyərində, təxminən 25 ton yanacağı ələ keçiriblər.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətdə iştirak edən hər üç şəxsin kimliyi müəyyən edilib. 

Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi və 4-cü hissəsinin “b” bəndi ilə ittiham irəli sürülüb. Bu maddələr 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026