• Bakı 16° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.0763

Rusiya hələ də sanksiyaya məruz qalmış tankerlərdən istifadə edir

DÜNYA

02 Oktyabr 2025 | 14:15

Rusiya hələ də sanksiyaya məruz qalmış tankerlərdən istifadə edir

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki o, Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən sammitində bu barədə danışıb.

“Rusiyaya qarşı sanksiyalar gücləndirilməlidir. Rusiya artıq sanksiyaya məruz qalmış tankerlərdən belə istifadə edir. Kölgə donanmasının kapitanlarına və bu tankerlərin sahibi olan şirkətlərə sanksiyalar tətbiq edilməlidir” , - Zelenski vurğulayıb.

Ukrayna lideri Ukraynanın təhlükəsizlik zəmanətləri barədə danışarkən, bu zəmanətlərin bütün Avropa ölkələrinə verilməli olduğunu bildirib .

“Ukrayna dronlarla mübazriədə öz təcrübəsini tərəfdaşları ilə bölüşməyə hazırdır”, - Zelenski çıxışında bəyan edib.


SON XƏBƏRLƏR

01 Oktyabr 2025