• Bakı 17° C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 2

    RUB - 2.0518

fon der Leyen: Aİ Rusiya əleyhinə sanksiyalara yanaşmasını dəyişir 

DÜNYA

02 Oktyabr 2025 | 12:12

fon der Leyen: Aİ Rusiya əleyhinə sanksiyalara yanaşmasını dəyişir 

Aİ ölkələri anti-Rusiya sanksiyalarına münasibətini dəyişir, Rusiyaya qarşı məhdudiyyətləri sərtləşdirməyə hazırlaşır. 

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kopenhagendə Aİ dövlət və hökumət başçılarının qeyri-rəsmi sammitində deyib.

Avropa Komissiyasının rəhbəri bildirib ki, bu yanaşma artıq müzakirə olunan 19-cu sanksiyalar paketinin hazırlanmasında istifadə olunur:

"Biz sanksiyalara yeni yanaşma təklif edirik. Biz artıq onlara mərhələlərlə yanaşmırıq, enerji, maliyyə xidmətləri və ticarət sahələrində daha sərt tədbirlər təklif edirik".

Xatırladaq ki, sentyabrın 19-da fon der Leyen Avropa Komissiyasının 19-cu anti-Rusiya sanksiyalar paketi ilə bağlı təkliflərini təqdim edib. Bunlara, digər məsələlərlə yanaşı, 2027-ci ilin yanvarından etibarən Rusiyanın mayeləşdirilmiş təbii qazının Aİ-yə idxalına qadağa, həmçinin kriptovalyutalara və banklara qarşı tədbirlər daxildir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

01 Oktyabr 2025