• Bakı 20° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Dünya çempionu İtaliya klubu ilə müqavilə imzalayıb

İDMAN

02 Sentyabr 2025 | 19:04

Dünya çempionu İtaliya klubu ilə müqavilə imzalayıb

İspaniya millisinin heyətində 2010-cu il dünya çempionatının qalibi olan Raul Albiol İtaliyanın "Piza" klubu ilə müqavilə imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat paylaşıb.

Sentyabrın 4-də 40 yaşı tamam olacaq ispaniyalı müdafiəçi bu yay 2019-cu ildən formasını geyindiyi "Vilyarreal"dan azad agent kimi ayrılıb. O, ötən mövsüm La Liqada 15 oyun keçirib.

Qeyd edək ki, Raul Albiol karyerası ərzində "Real" (İspaniya) və "Napoli" (İtaliya) klublarının da formasını geyinib.
 


SON XƏBƏRLƏR

02 Sentyabr 2025