• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

DÇ-2026-nın final matçının biletlərinin qiyməti açıqlanıb

İDMAN

02 Oktyabr 2025 | 16:50

DÇ-2026-nın final matçının biletlərinin qiyməti açıqlanıb

Futbol üzrə 2026-cı ildə keçiriləcək dünya çempionatının final matçının biletlərinin qiyməti açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Nyu-Cersi ştatının Şərqi Ruterford şəhərindəki "Metlayf" stadionunda baş tutacaq görüşün ən ucuz biletinin qiyməti 2030 dollardır.

Bu, 4-cü kateqoriyaya aid biletdir. Üçüncü kateqoriya biletlərin qiyməti 2790 dollar, ikinci kateqoriya biletlərin qiyməti 4210 dollar, birinci kateqoriya biletlərin qiyməti isə 6370 dollara bərabərdir.

Mexiko şəhərində keçiriləcək açılış oyununa biletlər 370-1825 dollar aralığında dəyişir.

Qeyd edək ki, DÇ-2026-ya ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. 48 komandanın mübarizə aparacağı mundial iyunun 11-dən iyulun 19-dək davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026