• Bakı 17° C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 2

    RUB - 2.0518

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

İDMAN

02 Oktyabr 2025 | 12:50

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

Tanınmış türkiyəli yutuber Onur Naci Öztürklər TRT də daxil olmaqla, bəzi kanalların futbol şərhçilərini tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, Öztürklər adıçəkilən kanalların aparıcılarını “Qarabağ” klubunun oyunlarını zəif şərh etməkdə ittiham edib.

“Azərbaycanda “Qalatasaray”ın, “Beşiktaş”ın oyunları yayımlanan zaman spikerlər bizim klublarımız qol buraxanda pis olur, rəqib komandanın hücumunu sakit şəkildə şərh edirlər. Bizim qollarımıza isə öz qolları qədər sevinirlər. Amma “Benfika” “Qarabağ”a qol vuranda bizim spikerlər qışqıraraq, həyəcanlanaraq şərh etdilər. “Kopenhagen”in hücumunu həyəcanla şərh edirlər. O insanların ölkələrində sizin klubların oyunlarını şərh etməsinə baxmısınız? Bu nə hörmətsizlikdir?” – Öztürklər bildirib.

 


SON XƏBƏRLƏR

01 Oktyabr 2025