• Bakı 17° C

    6.15 m/s

  • USD - 1.7

    EUR - 2

    RUB - 2.0518

UEFA reytinqi: "Qarabağ" Azərbaycanın əmsalını daha da artırıb

İDMAN

02 Oktyabr 2025 | 09:22

UEFA reytinqi: Qarabağ Azərbaycanın əmsalını daha da artırıb

"Qarabağ" komandası UEFA reytinqində Azərbaycanın əmsalını artırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, "köhlən atlar"ın Çempionlar Liqasının əsas mərhələsinin II turunda evdə Danimarkanın "Kopenhagen" klubunu məğlub etməsi (2:0) ilə mümkün olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv qələbə sayəsində ölkənin hesabına daha 0.500 əmsal yazdırıb. Azərbaycan hazırda 22.000 əmsalla 25-ci pillədə qərarlaşıb. 24-cü yerdə Serbiya (22.375), 26-cı sırada Slovakiyadır (21.375).

Qeyd edək ki, İngiltərə (97.116) UEFA reytinqində birincidir.


SON XƏBƏRLƏR

01 Oktyabr 2025