"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kopenhagen"lə dünənki matçdan (2:0) sonra "Benfika"nın baş məşqçisi Joze Mourinyonun son açıqlamalarında birinə münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, jurnalistin "Dünən "Benfika" "Çelsi"yə uduzdu və Joze Mourinyo dedi ki, problem "Çelsi"yə uduzmaq yox, "Qarabağ"a uduzmaqdır. Ona cavab vermək istəyərdiniz?" sualı ilə bağlı Q.Qurbanov deyib:
"Yox. Mourinyoya nə sual, nə də cavab verə bilərəm. Çünki o Mourinyodur, dahi məşqçilərdən biridir".