Çinli paleontoloqlar erkən yura dövrünün eusauropod dinozavrının yeni cinsi və növünü aşkar ediblər.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Huashanosaurus qini adlı yeni növün uzunluğunun təxminən 12 metrə çatır.
Məlumata görə, Huashanosaurus qini, təxminən 200-162 milyon il əvvəl Erkən Yura (Lias) və Orta Yura (Dogger) dövründə indiki Guangxi Muxtar Bölgəsində yaşayıb.
Belə ki, Dongshi kəndi yaxınlığındakı Wangmen formasiyasının Huqiu karxanasında qismən skelet də daxil olmaqla iki nümunə tapılıb.
Qazıntı sahəsində həmçinin sümüklü balıqların pulcuqları və dişləri, bir neçə natamam plesiozavr dişləri və digər dinozavrların sümük parçaları tapılıb.
Qeyd olunub ki, Huashanosaurus qini, törəmə sauropod dinozavrlarını əhatə edən bir qrup olan eusauropodların bazal üzvüdür. Onlar çox uzun boyunları, uzun quyruqları, bədənlərinə nisbətən kiçik başları və kütləvi, sütunlu əzaları ilə xarakterizə olunur.
Bildirilib ki, Huashanosaurus qini Quanxidə tapılan ikinci eusauropoddur. Əvvəllər ərazidə Son Yura Dongxing Formasiyasından olan Jingia dongxingensis aşkar edilib.
Yeni növün kəşfi eusauropodların təkamül radiasiyasını aydınlaşdırmağa imkan verir.
"Huashanosaurus qini Erkən Yura Vulkanodonu, Tazoudasaurus və Gongxianosaurus, eləcə də Erkən-Orta Yura Barapasaurusundan gec meydana çıxıb. Bu kəşf Wanmen Formasiyasının Erkən-Orta Yura dövrünü təsdiqləyir", - tədqiqatçılar qeyd edirlər.
Mina Mikayılova