• Bakı 16° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.0763

Paşinyan və Makron Cənubi Qafqazdakı vəziyyəti və "Tramp marşrutu"nu müzakirə edib

DÜNYA

02 Oktyabr 2025 | 14:50

Paşinyan və Makron Cənubi Qafqazdakı vəziyyəti və Tramp marşrutunu müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron "Avropa Siyasi Birliyi"nin sammiti çərçivəsində Vaşinqton görüşünün nəticələrini və "Tramp marşrutu" (TRIPP) layihəsini müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə N.Paşinyan "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Kopenhagendə "Avropa Siyasi Birliyi"nin sammiti çərçivəsində Prezident Emmanuel Makronla məhsuldar görüş keçirdim. Biz Ermənistan və Fransa arasında strateji tərəfdaşlığı təsdiqlədik, regional hadisələri, Vaşinqton sammitinin nəticələrini və TRIPP layihəsini müzakirə etdik. Fransanın davamlı dəstəyinə görə minnətdaram", - o yazıb.


SON XƏBƏRLƏR

01 Oktyabr 2025