Latviyanın dövlət internet resursları bu gün genişmiqyaslı DDoS hücumuna məruz qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Latviya Dövlət Radio və Televiziya Mərkəzi məlumat yayıb.
Dövlət Gəlirləri Xidmətinin vid.gov.lv, hökumət, nazirliklər, bələdiyyələr və digər dövlət qurumlarının saytlarına bir saat və ya saat yarım ərzində giriş mümkün olmayıb. Həmçinin "eParaksts.lv" elektron imza xidməti də əlçatmaz olub.
Radio və Televiziya Mərkəzi insidenti araşdırır. Məlumata görə, dövlət resurslarına DDoS hücumu davam edir.