Dağıstanda Untsukul kəndində atışma baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri bildirib.
Məlumata görə, atışma məktəbin yaxınlığında baş verib. Hadisə nəticəsində üç nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
"Məktəbdə heç kim xəsarət almayıb, dərs prosesi pozulmayıb, təxliyə həyata keçirilməyib", - məlumatda deyilir.