Oktyabrın 15-də Böyük Britaniya və Almaniya NATO-nun qərargahında Ukraynanın müdafiəsi üzrə Əlaqə Qrupunun iclasını çağıracaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat verib.
Qeyd edək ki, həmin gün NATO ölkələrinin müdafiə nazirlərinin görüşü də Alyansın qərargahında keçiriləcək.
Məlumat üçün bildirək ki, "Ramştayn" formatında əvvəlki iclas sentyabrın 9-da Londonda baş tutub.
"Ramştayn" formatı 2022-ci ilin martında ABŞ tərəfindən Ukraynaya hərbi yardımın koordinasiyası üçün 50-dən çox ölkənin iştirakı ilə yaradılmış platformadır.
ABŞ-da Donald Tramp hakimiyyətə gələndən sonra isə "Ramştayn" formatında görüşlərin koordinasiyası Böyük Britaniya və Almaniyaya həvalə olunub.