• Bakı 21° C

    1.64 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Zorakılığa məruz qalmış uşaq səhiyyə müəssisəsinə yerləşdirildi

CƏMİYYƏT

02 Sentyabr 2025 | 16:15

Zorakılığa məruz qalmış uşaq səhiyyə müəssisəsinə yerləşdirildi

Qəyyumu tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqla bağlı məlumat daxil olduğu ilk andan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb edilib.

Bu barədə Bakıvaxtı.az-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, uşaq aidiyyəti qurumlarla koordinasiyalı şəkildə səhiyyə müəssisəsinə yerləşdirilib.

Müayinə və qiymətləndirilmə prosedurları bitdikdən sonra o, Agentliyin müvafiq müəssisəsinə yerləşdiriləcək.

Qeyd edək ki, Sabunçu rayon ərazisində yaşayan, hər iki valideynini itirmiş 14 yaşlı yeniyetmə xalası tərəfindən qəyyumluğa götürülmüşdür.


SON XƏBƏRLƏR