• Bakı 25° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

DSX MƏLUMAT YAYDI: Ermənistandan Azərbaycana keçmək istəyən şəxs...

HADİSƏ

02 Sentyabr 2025 | 12:58

DSX MƏLUMAT YAYDI: Ermənistandan Azərbaycana keçmək istəyən şəxs...

Ermənistandan Azərbaycana keçməyə cəhd edən İraq vətəndaşı saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabr ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Ermənistandan Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

Çətin relyefə malik olan, dağlıq və sıx meşəlik ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş İraq Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravi saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


SON XƏBƏRLƏR