• Bakı 25° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Nazir paralimpiya çempionuna FHN-də vəzifə verdi

CƏMİYYƏT

02 Sentyabr 2025 | 13:20

Nazir paralimpiya çempionuna FHN-də vəzifə verdi

Azərbaycanın paralimpiya çempionu Şəhanə Hacıyevaya Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifə verilib. 

Bakıvaxtı.az xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, bununla bağlı nazir Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, dövlət qulluqçusu FHN-nin Sumqayıt Regional Mərkəzinin Maarifləndirmə sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Şəhanə Hacıyeva (48 kq) 2021-ci ildə keçirilmiş Tokio Yay Paralimpiya Oyunlarında cüdo yarışında qızıl medal əldə edib. Əməkdar idman ustası Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.


SON XƏBƏRLƏR