• Bakı 26° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Cənubi Koreya: Ukraynada 2000-ə yaxın Şimali Koreya əsgəri həlak olub

DÜNYA

02 Sentyabr 2025 | 13:56

Cənubi Koreya: Ukraynada 2000-ə yaxın Şimali Koreya əsgəri həlak olub

Cənubi Koreya Milli Kəşfiyyat Xidməti Ukraynada döyüşən təxminən 2000 Şimali Koreya əsgərinin həlak olduğunu açıqlayıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Pxenyan Rusiyaya dəstək üçün əlavə 6000 hərbçi göndərməyi planlaşdırır, onlardan 1000-ə yaxını artıq arxa cəbhədə yerləşdirilib.

Qeyd edilib ki, keçən ilin oktyabrından bəri Rusiyaya 13 minədək Şimali Koreya əsgəri və silah göndərilib.

Bundan başqa, Şimali Koreyanın tanklar və BTR-lər də daxil olmaqla 50-100 hərbi texnika təqdim edəcəyi gözlənilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR