Kolumbiya prezidenti Qustavo Petro İsrailin Qlobal Sumud donanmasına hücumundan sonra ölkədəki bütün İsrail diplomatlarını çıxarmaqla bağlı qərar verib.
Bakıvaxtı.az xəbər verir ki, prezident İsraillə azad ticarət müqaviləsinin də dərhal ləğv ediləcəyini açıqlayıb.
Kolumbiya Xarici İşlər Nazirliyi hücumu pisləyərək iki vətəndaşının saxlanıldığını təsdiqləyib və onların azad edilməsini tələb edib.
Petro həmçinin Trampın Qəzza ilə bağlı atəşkəs planını “aclğa əsaslanan saxta sülh” adlandırıb.
Əli Hüseynov