Ermənistanın baş naziri Nikol Paşinyan hibrid hücumlardan qorxmur.
Bakıvaxtı.az xəbər verir ki, hökumət saatında hibrid hücumlarla bağlı sualı cavablandıran Paşinyan 2021-ci ildə istefa verdiyini və seçki kampaniyasına getdiyini xatırladıb. Paşinyan o vaxt dediyi sözləri də yada salıb.
“Əgər xalq məni divar önünə qoymaq qərarına gəlsə, gedəcəm. Mən artıq ən ədalətli hakim - xalq tərəfindən mühakimə olundum. Mən yenidən mühakimə olunacağam", - Paşinyan seçkilərə toxunaraq deyib.
"Hibrid hücumlardan danışanda mən bunu qeyri-ciddi hesab edirəm. 2020-2021-ci illərdəki kimi hibrid hücumlar heç vaxt olmayıb və olmayacaq. Babama İkinci Dünya Müharibəsi zamanı satqın damğası vurublar. Ona qarşı kampaniyaya başlayıblar, onu nasistlərlə işbirliyində ittiham ediblər. Gələcəkdə nə olacaq - sadəcə hibrid desert", - deyə erməni baş nazir bildirib.