• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Suriyada Əsədin devrilməsindən sonra ilk parlament seçkiləri keçiriləcək

DÜNYA

02 Oktyabr 2025 | 11:40

Suriyada Əsədin devrilməsindən sonra ilk parlament seçkiləri keçiriləcək

Bazar günü Suriyada Bəşər Əsədin devrilməsindən sonra ölkədə ilk dəfə parlament seçkiləri keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.

    Məlumatda deyilir ki, Əsəd ailəsinin 50 illik hakimiyyəti dövründə Suriyada müntəzəm olaraq seçkilər keçirilsə də, “Bəəs” Partiyası daim parlamentə nəzarət edirdi və bu seçkilər beynəlxalq ictimaiyyət tərəfindən saxta və formal xarakterli kimi qiymətləndirilirdi.

    Xarici seçki təhlilçilərinin fikrincə, əvvəlki dövrlərdə yeganə real rəqabət “Bəəs” Partiyasının daxilində, namizədlərin seçki siyahısına düşmək uğrunda apardıqları mübarizə zamanı yaşanırdı.

    Bildirilir ki, bu bazar keçiriləcək seçkilər də tam demokratik olmayacaq. Yeni qaydalara əsasən, xalqın birbaşa səs verdiyi seçkilərlə yanaşı, parlamentdəki yerlərin böyük hissəsi regionlarda yaradılmış seçki kollegiyaları vasitəsilə, təxminən üçdə biri isə keçid dövrünün prezidenti Əhməd əl-Şəraa tərəfindən birbaşa təyin olunacaq.

    Bu da o deməkdir ki, Suriya üçün yeni siyasi mərhələnin başlanğıcı kimi təqdim olunan seçkilər tam azad və ədalətli seçkilərdən hələ uzaqdır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026